bandicam 2021 06 07 13 31 48 429

Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayevlə bələdiyyənin uğurları və problemləri barədə danışırıq. Bələdiyyə sahəsində uzun illərdir uğurla çalışan Rüfət Fətullayevin bələdiyyə sədri seçildiyindən sonra atdığı ilk addımı bələdiyyənin qəsəbədəki hörmət və nüfuzunu artırmaq olub.

Bunun üçün isə ilk addım problemləri həll etmək və yerli vergilərin yığımında sistem qurmaq olub.

Masazır bələdiyyəsinin əvvəlki illərdəki fəaliyyətinə toxunan sədr R. Fətullyaev bildirib ki, bələdiyyənin sabiq sədrinin fəaliyyətiylə bağlı məhkəməyə müraciət etdiyini bildirib. İyirmi illik fəaliyyıəti dövründə bələdiyyə nə kommunal xidmətə görə, nə də zibil tullantılarının daşınmasına görə hər hansı xidmət haqqı ödəməyib.

Bələdiyyənin DSMF-yə olan borcunu ödəmişik. Ancaq digər xidmət haqqlarının ödənməməsinin əsas günahı məhz sabiq bələdiyyə sədrindədir. Bu borcun miqdarı isə 85 min manata yaxındır.

Təsəvvür edin ki, bələdiyyənin 37 min manat işığa, 25 min manat suya görə, 17 min manat qaza, 19 min manat zibil tullantıların daşınmasına görə borcu var. Bu borc bilavasitə bələdiyyə sədrinin üzərinə düşən məsuliyyət yüküdür. Sabiq sədrin bu addımına sözsüz ki hüquqi qiymət veriləcəkdir.

Bələdiyyənin bu günkü fəaliyyətinə toxunan sədr daha sonra bildirib:

“Masazır bələdiyyəsinin ərazisində 13.500 sakin qeydiyyatda olsa da, qeyri-rəsmi 104 min nəfər yaşayır. Biz bu gün 100-minlik əhaliyə xidmət göstərmiş oluruq. Hazırda bələdiyyə ərazisində irili- xırdalı 570 küçə var. Ərazisi isə 2000 hektar təşkil edir. Bu küçələrin hər birinə adlanması istiqamətində də addımlar atılır. Bu günlərdə daha 27 küçəyə ad verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç dəfə cərimə kəsib. İkisi tullantıların qalıqlanmasına görə, biri isə çirkab sularının atılmasına görə olub. Lakin hər üç aktın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişik. Məhkəmə nazirliyin regional idarəsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edib”.

Sədrlə söhbət əsnasında maraqlı məqama da toxunub:

“Bu gün bələdiyyələrin yetərincə səlahiyyəti var. Bələdiyyələrin fəaliyyəti üçün normativ hüquqi sənədlər toplusu qəbul edilib. Bizə qalır bu səlahiyyətlərdən lazmı səviyyədə istifadə etmək. Sadəcə bələdiyyələrə cərimə sanksiyasının tətbiqinə qanunla icazə verilsə, düşünürəm ki, həm yerli vergilərin yığım səviyyəsi artar, həm bələdiyyələrin nüfuzu artar, həm də sakinlərin özlərinin qarşılaşdığı problemlərin həlli sürətlənər. Bu gün əhalinin digər xidmətlərə hər hansı borcu yaranmır, çünki müvafiq qurumlar qanunla hətta qəpik borcuna görə avtomatik olaraq xidmətə xitam verir. Bizim təmsil olunduğumuz sahədə isə belə bir sistem qurulmayıb.

Büdcə gəlirlərinə toxunan sədr daha sonra bildirib ki, ötən il ərzində bütün çətinliklərə baxmayaraq il ərzində 320 min manat büdcə gəlirmiz olub. 2019-cu ildə isə büdcə gəlirlərinin həcmi təxminən 229 min manat olub. Bu da, demək olar ki, büdcə gəlirlərimiz 50 faiz artması deməkdir. Artıq yerli vergilərin yığımı ilə bağlı sistem qurulub, elektronlaşdırılb. BAMS proqramının tətbiqi bizə xeyli dəstək verir. Cari ildə ay ərzində 30 -35 min manata yaxın maliyyə vəsaiti toplanır.

Masazır qəsəbəsi ərazisi doqquz vergi müfəttişinin arasında bölünüb. Proses tam şəfaf şəkildə qurulub, elektonlaşdırılıb. Vergi müfəttişləri bələdiyyə qulluqşusu kimi çalışırlar. Hazırda qəsəbə ərazisində olan 25 minə yaxın təsərrüfatın inventarlaşdırması davam etməkdədır. Sadəcə problem ondadır ki, bələdiyyənin ərazisindəki təsərrüfatların 80 faizədək hissəsinin hüquqi sənədi yoxdur.

Qəsəbə ərazisindəki qəbrstanlığın dördundən yalnız biri bələdiyyəyə təhvil verilib. Maraqlı bir məqamı qeyd edim ki, iyirmi il ərzində qəbirstanlıq xidməti sayəsində bələdiyyə büdcəsinə 9600 manat vəsait daxil olmuşdusa, ötən il bu rəqəm 36.500 manata bərabər olub. Bu istiqamətdə də bələdiyyə şəffaflığının təmin edilməsi üçün addımlar atmaqdadır.

Əlavə edim ki, bu gün ölkəmizdə elə yaşayış məntəqəsi var ki, onun əhalisi 100 min nəfəri keçir. Belə olan halda bu qəsəbələrin idarətetməsində də bir srıa çətinliklərin olması göz qabağındadır. Odur ki, bu tipli qəsəbələrin statusunun artırılmasına ehtiyac var”.

 

Belediyye.info

araz.az xəbər portalı.