Qondarma “Donetsk Xalq Respublikası”nın Ermənistandan olan “Cəllad” ləqəbli muzdlusu separatçıların tərəfində döyüşməsinin səbəbini izah edib.
Terrorçunun sözlərinə əsasən, o, Donbasa “ukraynalılardan Qarabağda Azərbaycan tərəfində Ermənistana qarşı döyüşdüklərinə görə qisas alır”.
Bildirilir ki, “Cəllad” Donbasa 2016-cı ildə gəlib.
Bundan əlavə, erməni muzdlusu iddia edir ki, Ukraynaya çoxlu sayda ABŞ və Avropa hərbçiləri kömək edir.
Terrorçu bəyan edib ki, Donbasda qələbədən sonra o burada qalaraq, “DNR” vətəndaşlığı almaq niyyətindədir. /oxu.az/
[bt_youtube url=”https://youtu.be/wqX0rMtoqqE” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.