Dünən Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin 2-ci (təkrar) turu yekunlaşıb. Bu barədə, araz.az-a daxil olan məlumatda bildirilir ki, İctimai Şura üzvlüyünə 13 yer uğrunda 37 namizəd mübarizə aparıb. Səsvermədə qeydiyyatdan keçən 249 Vətəndaş cəmiyyəti institutu nümayəndəsindən 191 seçici iştirak edib, 184 bülleten etibarlı sayılıb.
Təkrar səsvermə nəticəsində, 13 ən çox səs toplayan namizəd DİN yanında İctimai Şuranın üzvlüyünə seçilib.
İctimai Şuraya səs çoxluğuyla seçilən QHT təmsilçilərinin siyahısı belədir:
— 85 səs — Kazımov Xalid Vahid oğlu, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri;
— 81 səs — Becanov Rəfail Zəkəriyyə oğlu, “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri;
— 79 səs — Əmirhüseynova Mahirə İmanqulu qızı, “XXI Əsrin Qadınları” İctimai Birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri;
— 71 səs — Nurməmmədov Araz Mayıl oğlu, “Gender Bərabərliyi” İctimai Birliyinin İdarə Heyətinin üzvü;
— 69 səs — Zeyni Rauf Xurşud oğlu, Azərbaycan Milli Qeyri — Hökumət Təşkilatları Forumunun Prezidenti;
— 65 səs — Məmmədova Sevda Daşdəmir qızı, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini;
— 63 səs — Muradov Elməddin Nadir oğlu, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri və “Avtosfer.az” saytının təsisçisi;
— 62 səs — Cəfərova Mətanət Əsgər qızı, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri;
— 61 səs — Şahsuvarov Taleh Novruz oğlu, “Sosial İnformasiya Agentliyi” MMC-nin təsisçisi və direktoru, “AzNews.az” analitik-informasiya portalının Baş redaktoru;
— 60 səs — Salmanov Elçin Fikrət oğlu, “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Biriliyinin sədri;
— 50 səs — Səfərova Gülayə İsmayıl qızı, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri;
— 45 səs — Adilov Nadir Adil oğlu, “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri;
— 44 səs — Abdullayeva Mehriban Əli qızı, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri.
araz.az xəbər portalının kollektivi adından, DİN yanında İctimai Şuranın üzvlüyünə seçilən dostların hər birini ürəkdən təbrik edir, işlərində uğurlar arzulayırıq!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.