xestexana 1jpg 1585142324

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir.

Agentlikdən araz.az-a verilən məlumata görə, yoxlamalar zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanası, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, Göygöl Rayon Xəstəxanası, Samux Rayon Xəstəxanası, Biləsuvar Rayon Xəstəxanası və Lənkəran Rayon Xəstəxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.