xezeribrahim88

Yaxın günlərdə Xarici İşlər Nazirliyi sistemində ciddi kadr islahatları gözlənilir.

Azərbaycanın bir sıra ölkələrdəki səfirlərinin geri çağrılacağı, bəzilərinin isə xidmət yerlərinin dəyişdiriləcəyi ehtimal olunur.

İddialara görə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim tutduğu postdan geri çağrılaraq, ölkəmizin ABŞ-dakı səfiri təyin ediləcək.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun isə Azərbaycanın Türkiyədə səfiri vəzifəsinə təyin ediləcəyi ehtimal olunur.

Daha bir iddiaya görə, Azərbaycanın ABŞ-dakı hazırki səfiri Elin Süleymanov da xidmət yerini dəyişəcək və ölkəmizin Böyük Britaniyada səfiri təyin ediləcək.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.