Dünyaca məşhur Əl-Cəzirə telekanalının “İnsan hüquqları və ictimai azadlıqlar” departamenti Beynəlxalq Avrasiya Mətbuat Fondunun Kəlbəcərdə mina terrorunun qurbanı olan media mənsubları ilə bağlı hazırladığı müraciəti və videoçarxı işıqlandırıb. BAMF-dan araz.az-a daxil olan məlumatda deyilir ki, bu
məqalədə Azərbaycan Mətbuat Şurasının və azərbaycanlı jurnalistlərin Ermənistandan mina xəritələrinin tələb edilməsi və buna görə təzyiq göstərilməsi üçün beynəlxalq media qurumlarına və ictimai təşkilatlara müraciəti qeyd edilib. Bildirilib ki, mina xəritələrinin Azərbaycana təhvil verilməməsi jurnalist fəaliyyətinə mane olmaqla yanaşı, dinc əhalinin həyatı üçün təhlükə mənbəyinə çevrilib.
Müraciətdə, həmçinin, Azərbaycan XİN-in baş vermiş insidentlə bağlı bəyanat yayması və Azərbaycan Hərbi Prokurorluğunda cinayət işinin başlanıldığı qeyd olunub.
AZƏRTAC həmin müraciətin mətnini və videoçarxı oxuculara təqdim edib:
“2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib.
Hadisə ilə bağlı açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirir ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatın imzalanmasından sonra bənzər təxribat halları dəfələrlə baş verib. Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək onlarla insanın həyatına son qoyub, yaralanmalarına səbəb olub. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.
Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.
Umud Mirzəyev xüsusi vurğulayıb ki, Azərbaycan jurnalist təşkilatları və media nümayəndələri Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələri təqdim etməsini tələb edir. “Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq”.
Hadisə ilə Azərbaycan Xarici İşlər Nazirliyi də xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.
Qeyd edək ki, artıq 2 Azərbaycanlı jurnalistin minadan həlak olması faktı ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma maddəsi ilə cinayət işi başlanılıb”.
***
The IEPF’s appeal was covered by Al Jazeera
The Human Rights and Public Freedoms Department of the world-famous Al Jazeera TV channel has released a appeal and a video of the International Eurasian Press Foundation regarding the members of the media who were victims of mine terror in Kalbajar.
It is noted in the article that the Press Council of Azerbaijan and Azerbaijani journalists appealed to international media and public organizations to demand the maps of landmines from Armenia and put pressure on them. It said that the non-delivery of the maps of landmines to Azerbaijan hinders the activities of journalists and pose the threat to life of civilians.
The appeal also states that the Azerbaijani Foreign Ministry has issued a statement on the incident and a criminal case launched by Azerbaijani Military Prosecutor’s Office.
AZERTAG presents the text and video of the appeal to readers
On June 4, 2021, the correspondent of the Azerbaijan State Information Agency (AzerTag) Maharram Ibrahimov and the operator of the Azerbaijan Television and Radio Broadcasting Closed Joint-Stock Company (AzTV) Siraj Abishov have been killed in the line of duty. The incident took place in the Kalbajar region of the Republic of Azerbaijan due to a mine explosion in the recently liberated area from Armenian occupation.
Commenting on the incident, Deputy Chairman of the Press Council of Azerbaijan, president of the International Eurasia Press Fund Umud Mirzayev said that similar provocations have occurred since the end of the Second Karabakh War after the signing of the trilateral statement by the leaders of Azerbaijan, Russia and Armenia on November 10, 2020. Various types of mines and other explosive devices buried by Armenia in the past have killed and injured dozens of people. The tragic event that resulted in the deaths of Maharram Ibrahimov and Siraj Abishov is a clear indication that the problem of mined areas also hinders and restricts journalistic activity, making the profession a real threat. It should be noted that employees of both media outlets went to Kalbajar region to perform their duties.
The Republic of Armenia refuses to provide the Azerbaijani side with maps of mined areas. This not only restricts journalistic activity in those areas, but also prevents the return of IDP families who have forcibly been separated from their native lands as a result of the Armenian occupation. Thus, both the provision of information to society and the right of people to live in their own homes are violated.
Umud Mirzayev stressed that Azerbaijani journalists’ organizations and media representatives demand that Armenia refrain from violating human rights and freedoms and provide maps of mined areas.
We call on our colleagues abroad to react seriously to this fact and to put pressure on the Republic of Armenia to provide maps of mined areas.
The Azerbaijani Foreign Ministry also issued a special statement on the incident. The statement says that Armenia bears all the responsibilities for civilian Azerbaijanis becoming victims of landmines in the fulfilment of their duties. The Azerbaijani Foreign Ministry has called on the international community not to turn a blind eye to Armenia’s gross violation of its international obligations, including the policy of targeted landmines, and to demand that Armenia adhere its obligations under international law.
It should be noted that the Azerbaijani Military Prosecutor’s Office has already launched a criminal case on the fact of killing two Azerbaijani journalists by landmines in violation of international humanitarian law during the armed conflict.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.