aslan12

“Bir ildən artıqdır ki, koronavirusla bağlı Azərbaycanda toylar qadağan olunub. Kənd yerlərində 15-20 insanın iştirakı ilə keçirilən toylar isə amansızcasına dağıdılıb, iştirakçılar bütün ölkədə rüsvay edilib. Dindar olmasam da 15-20 nəfər dindarların yığışdığı məscidlərin də bağlı olduğunu bilirəm. Bu müddət ərzində isə imkanlı, vəzifəli şəxslər istədikləri kimi toylar ediblər”.

araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, bu toylar da ən üst qatda təmsil olunan məmurların obyektlərində olub: “Elə bir neçəsi Baş Nazir Əli Əsədova məxsus “Narşərab” restoranında olub. Bu günlərdə isə Bakıda 200 nəfərdən artıq insanın iştirak etdiyi təmtəraqlı konsert keçirilib, ancaq nədənsə nə oranı dağıdan, nə də iştirakçıları ölkəyə nümayiş etdirən olmadı. Sosial şəbəkələr məsələni ictimailəşdirəndə isə obyekt sahibinə 4 min manat cərimə kəsildi. Yəni, gözə kül üfürdülər və yel qayadan heç nə aparmadı. Bundan sonra da “insanlar niyə narazıdır” deyirlər. Müharibə və sonrakı müddət elə bu günlərdə də çalışıram maksimum hakimiyyətə tənqidlərimdə diqqətli olum. Yenə də göz yummaq istəsəm də alınmır. Vallah Allahsızlıq edirlər. Buna susmaq özünə nifrət etməkdir. Bəziləri münasibətimi görüb hesab etdilər ki, artıq hakimiyyətə yaxınam, ona görə də susacam. Tam səmimi deyirəm, elə bu gün də hakimiyyəti müdafiə etmək istəyirəm, buna var gücümlə çalışıram. Ancaq hakimiyyəti Dövlətə qulluq etdiyi qədər müdafiə edəcəm. Kimlərinsə alverinə şərik olmaq fikrim yoxdur. İnsanlar çox narazıdır və bunun sonu heç də yaxşı qurtarmayacaq. Gec deyilkən ayılın”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.