2021 06 08 114719

Azərbaycanın işğaldan azad etdiyi torpaqların hamısına nəzarətinin bərpa olunması vacibdir. Həmin ərazilərdəki hadisələr də bunu deməyə əsas verir. Rusiya sülhməramlılarının vəzifəsinin öhdəsindən gəldiyini demək olmur.

araz.az  Bizimyol.infya istinadən  xəbər verir ki, mərhum müğənni Rəşid Behbudovun qızı Rəşidə Rəşid sosial şəbəkə profilində rus qoşunlarının Azərbaycanda yerləşməsini, terroru pisləyən paylaşım edib. O, atasının yaşayacağı halda baş verəcək bir çox hadisələrə görə üzüləcəyinə əmin olduğunu yazıb.

“İndi mən yazacağam… Əlbəttə, Rəşid Behbudov işğaldan azad edilmiş torpaqlara görə inanılmaz dərəcədə sevinərdi. Amma o, rus qoşunlarının Azərbaycan ərazisinə yeridilməsinin əleyhinə olacaqdı. Sumqayıt hadisələri baş verəndə atamın əlində Raisa Qorbaçovanın qonşuların diasporundan aldığı hədiyyəyə görə Qarabağı onlara söz verməsinə aid kaset vardı. O, həmçinin bilirdi ki, Şaumyan 26 Bakı komissarı bağında dəfn olunmayıb. Sonradan həqiqət üzə çıxdı. Şaumyanın qalıqları orada yox idi. Kaseti əlindən aldılar. Qorbaçovdan rus tanklarının Bakıdan çıxarılmasını tələb etmişdi. Demişdi ki, Qarabağ Azərbaycana məxsusdur, Qorbaçov bunu dayandırmasa, böyük qan töküləcək.

Əsəbləri sıradan çıxdı. Nəsə sakitləşdirici verdilər, hər gün geri getməyə başladı. Mənə xırdalıqları yazmaq çətindir. Halbuki çox vacib təfsilatlardır. Ona işgəncə verdilər. Kürəyində qançırlar var idi. Ayağının iki, sağ əlinin bir dırnağını çıxarmışdılar. KQB-nin sənədlərində var. İndi sağ olsaydı, Laçın və Kəlbəcərə görə çox məyusluq keçirərdi. Laçın haqda kədərlə oxuyardı… Kəlbəcərin dağlarını Azərbaycanın İsveçrəsi adlandırırdı… Azərbaycan bütöv, terrorizmdən və işğaldan azad olunmalıdır. O, belə arzulayırdı… İndi bir də hər şeyin bitməməsindən, oğullarımızın həlak olmasından, ardınca çoxlu qurban gətirəcək güzəştdən ölərdi…”

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.