Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb.
Turkustan.info “Anadolu”ya istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur”.
“Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir”, – deyə o əlavə edib.
Bozdağ, Suriyadakı siyasi böhranın aradan qaldırılmasından sonra qoşunların çıxarılacağını ifadə edib:
“Suriyada güc vakuumu var, fərqli qüvvələr var, müxalifət var. Biz Afrində hakimiyyəti yerli əhaliyə təslim edəcəyik. İndi əsas məsələ böhrandan siyasi çıxış yolu tapmaqdır və o tapılan kimi, biz oradan çıxacağıq”.
/Report.az/
araz.az xəbər portalı.