1623329905 4Erməni əsilli nazir rəhbərlik etdiyi strukturu özününküləşdirərək ölkədə bilərəkdən sosial gərginlik yaradır, məmləkətimizi məhvə sürükləyir.

araz.az bildirir ki,94 nəfər pensiyaçı ölkə başçısına müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsi də redaksiyamıza göndərilib.Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Müraciətdə deyilir:

Hörmətli, cənab Prezident,

Bəri başdan bildiririk ki, biz erməni südü əmən nazirin işindən qovulması ilə əlaqədar sərəncamınızı gözləməyəcəyik, o pensiyaçılara cəhənnəm əzabı verir. Yüzlərlə pensiyaçı bir araya gələrək gedib iş otağında onun boğazından tutub atacağıq bayıra.

İndi də gəlin, Sahil Babayev qanunazidd əməllərinə nəzər yetirək:

Xalqımızın qəddar, tarixi düşməni Zori Balayandan da təhlükəli Sahil Babayev aylar öncə nazirliyin kollegiya iclaslarının birində belə bir ifadə işlədib:

Ölkədə 600.000 pensiyaçı var, dövlət büdcəsi boşdur, bu pensiyaçıların ən azından 200.000 nəfərinin pensiyaları ya tamamilə dayandırılmalıdır, ya da azaldılmalıdır ki, büdcə gücləndirilsin, bu hesaba Şuşanı, Ağdamı yenidən qurub yaradaq.

Həmçinin xüsusi olaraq vurğulayıb ki, bu göstərişi mənə cənab Prezident verib, mən onun tapşırığını icra etməliyəm.

Hörmətli, cənab Prezident,

Hər şeydən öncə qeyd edilməlidir ki, Siz dəfələrlə efir məkanlarında özünüzü xalqın xidmətçisi elan etdiyiniz halda, millətimizin əleyhinə yönəldilən belə bir tapşırıq vermisinizsə buna yalnız təəssüflənmək mümkündür. Yox, əgər belə bir tapşırıq almayıbsa bu halda Sahil Babayev mütləq cəzalandırılmalıdır.

Cənab Prezident, bir zamanlar hüquq mühafizə orqanları olmayanda müdrik ağsaqqallar, ağbirçəklər münaqişəli, mübahisəli məsələləri, həll edir, sülh yaradır, barışdırır, qarşıdurmanı aradan qaldırırdılar.

Adıçəkilən missiyanı öhdəmizə götürərək çox götür-qoy edib bu məktuba imza atan pensiyaçılardan 6 nəfər nazir Babayevlə fərdi söhbət etmək üçün onun qəbuluna yollandıq. Lakin o bizi qəbul etmədi, əksinə bizi çox kobud qarşıladılar. Hələ bu azmış kimi biz ağsaqqalları polislə hədələməkdən də çəkinmədilər.

Biz bu zaman anladıq ki, bu insan özünü xalqa qarşı qoyub, xalqımızdan erməni qohumlarının qisasını alır, bilərəkdən ölkədə sosial gərginlik yaradır. Hamımız çox gözəl bilirik ki, məmləkətimiz başdan başa narazılar ölkəsidir. Nazir isə erməni dəyirmanına su tökür, şölələnən ocağı körükləyərək bütün mümkün vasitələrdən istifadə edir, narazıların sayını artırmağa çalışır və nail olur.

Cənab Prezident, adından göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yeni iş yerləri açmağa və əhalinin yoxsul təbəqəsinə müntəzəm qayğı, diqqət göstərməyə borcludur.

Lakin Babayan bütün bunların əksinə olaraq struktur dəyişikliyi apararaq 1500 nəfər savadlı, sanballı, zəngin təcrübəli işçini ixtisara salıb işsiz, çörəksiz qoyub, yüz mindən artıq pensiyaçının pensiyasını ya tamam dayandırmış, ya da azaltmışdır.

Bildiyim kimi Sahil Babayev yoxsulluq görməyib, rüşvətxor ailəsində böyüyüb ərsəyə gəlmişdir, dəbdəbə yağ-bal içərisində yaşamışdır. Atası yüksək vəzifələrdə işləyib hər gün evə əlidolu, cibidolu gəlib.

Bu əsas səbəblərdən biridir. Ona görə də bu adam yoxsula, kasıba üçüncü sort kimi baxır, istehza edir. Autizm xəstəsinin, əlilinin, zəlilinin, bir ayağı amputasiya olunan şikəstin pensiyasını dayandırır.

Beləliklə də özünü, cənab Prezident, Sizə sədaqətli göstərməyə çalışır.

Amma çox gecdir, bu gün Sahil Babayev mövzusu bütün respublikanı bürümüşdür.

Hörmətli, cənab Prezident,

Sahil Babayev ölkəni nehrə kimi çalxalayıb qarışdırmışdır. Çox ciddi sosial gərginlik yaranmışdır. Sizin Vətən, xalq qarşısında xidmətlərinizin üzərindən qara xətt çəkmişdir, dövlətçiliyimizi sarsıtmışdır.

O, mütləq istefa verməlidir, çirkin əməlləri araşdırılmalıdır və layiq olduğu cəzanı almalıdır. Xalqın nifrətini qazanan bu adam nazir ola bilməz.

Nazir istefa verənə qədər onun barəsində silsilə yazılarımız davam edəcək və mətbuat səhifələrində ictimailəşdiriləcəkdir.

94 nəfər pensiyaçı adından qələmə aldı:

İbrahim KƏRİMZADƏ.

araz.az xəbər portalı.