Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Kəlpəli oğlu Orucov pensiyasının miqdarından narazı olduğuna görə, məhkəməyə müraciət edib.
“Ölkə.Az”ın məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sabiq hakimin işinə hakim Şərafət Məmmədova sədrlik edəcək.
Qeyd edək ki, hakimin işində cavabdeh tərəf kimi Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsi tanınıb. Şikayətçiyə gəldikdə isə, Azər Orucov bu ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır. Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Məhkəmə Sisitemində 554 hakim fəaliyyət göstərir, 76 hakim yeri isə boşdur.
Criminal.az xatırladır ki, Azər Orucov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işlədiyi dövrdə bir çox məşhur cinayət işlərinə sədrlik edib. “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə, Talışi sədo” qəzetinin rəhbəri Hilal Məmmədova, həbsxanada baş verən üsyana görə həbs edilən 7 türmə rəisinə cəza kəsib.
araz.az xəbər portalı.