fazilmustafa12

“Ermənistan tərəfindən Ağdamda basdırılan minaların xəritələrinin verilməsi hər şeydən öncə Azərbaycanın diplomatik uğurudur”.

araz.azın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, bu, ilk növbədə digər mövzularda da cəhdlərin boşuna getməyəcəyinə ümid yaradır: “Digər tərəfdən Ermənistanın bir dövlət olaraq başqa bir ölkənin ərazisində mina basdırdığını və bunun məsuliyyətini daşıdığını təsdiqləyir. Bizim də atılan addımın qarşılığında 15 erməni  diversantını təhvil verməyimiz doğru jest olaraq qəbul olunmalıdır. Qoy bu Paşinyanın seçkilərdə işinə də yarasın, bizim üçün yenə də ən uyğun namizəd məlum bəyanatın altına imza atan şəxsdən başqa kim ola bilər ki? Heç gizlətməyə də gərək yox, Paşinyanın əlini möhkəmlədəcək addımlara Azərbaycanın rəvac verməsi daha məntiqli deyilmi? Lakin burada vacib bir məqam var. Biz bu xəritələrin reallıqda nə qədər səhih olduğunu təcili olaraq yoxlamalıyıq. Çünki ermənilərin bizə düzmə-qoşma bir sənəd verməyəciyini təcili olaraq dəqiqləşdirmək çox əhəmiyyətlidir. Proses hər nə qədər ağır getsə də, anlaşılan budur ki, əsas hədəfimiz olan Zəngəzur dəhlizi məsələsinin canlanması Ermənistanda yeni hökumətin qurulmasından sonra mümkün olacaq. Bunun üçün də bəzi sosial məsələləri hədsiz şişirdərək Rusiya ictimai rəyində bizimlə bağlı formalaşan neytrallıq havasının dəyişməsinə səbəb ola biləcək davranışlara fürsət verməməliyik”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.