GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları iyunun 12-də Məhkəmə Qərarlarının İcrası Şöbəsinə müraciət etdikdən sonra Təbrizin mərkəzi zindanına salınıblar.
Azərbaycanlı fəalların 6 aylıq həbs cəzalarını çəkmək üçün zindana salındığı bildirilir.
Hər iki azərbaycanlı qardaş rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum olunublar.
Qeyd edək ki, Davud və Əyyub Şiri qardaşları yanacaq qiymətlərinin kəskin artmasına görə başlayan 2019-cu ilin noyabr etirazlarında iştirak ittihamı ilə bir neçə azərbaycanlı fəalla birlikdə həbs olunmuşdular.
Hər iki fəal 100 gün müvəqqəti təcridxanada tsaxlandıqdan sonra 2020-ci il fevralın 26-də 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.