“Amazon” şirkətinin yaradıcısı Ceff Bezosla bir kosmik aparatda kosmosa uçuş üçün sonuncu yer hərracda 28 milyon dollara satılıb.
araz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Blue Origin” kosmik şirkəti tərəfindən keçirilmiş hərracın nəticələri göstərir.
“Yer 28 milyon dollara 107 nömrəli adama satıldı”, – deyə hərracın sonunda elan edilib.
“Amazon”un qurucusu və onun qardaşı ilə kosmosa getmək imkanını kimin əldə etdiyi hələlik məlum deyil. “New Shepard” gəmisi ilə kosmosa uçacaq şəxsin adı bir neçə həftədən sonra açıqlanacaq.
Uçuş iyul ayının 20-də “New Shepard” gəmisi ilə həyata keçiriləcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.