““Ekologiya postu” bizdən 100 manat pul aldı TİR-ında sənədlərini götürüb vermir”.
araz.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri Elnur Əliyev adlı sosial şəbəkə istifadəçisi yazıb. O qeyd edib ki, cəbhəyə göndərmək üçün təkər yığdıqları TİR-ın sənədlərini YPX əməkdaşları alıb vermir: “Deyirəm bu 100 manatı caamat boğazından kəsib verib ki, təkərləri TİR-lar cəbhəyə əsgər qardaşlarımıza aparsınlar. 100 manata təkər yükləyən uşaqlara su, sok alaram da sənə niyə verirəm, utanmazlar! Gedirəm ekologiya postuna!”
Qeyd edək ki, Elnur Əliyev Vətən müharibəsi başlamamışdan əvvəl də bir neçə TİR təkər yüklənmiş avtomobilin cəbhəyə göndərilməsində iştirak edib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyevlə əlaqə saxladıq.
Şöbə rəisi Yeniavaz.com-a məsələnin araşdırılacağını bildirdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.