Musfiq-elesgerli.jpg

“Belə davam edərsə, cavab tədbirlərimiz çox sərt olacaq! Adına görəv daşıdığınız DÖVLƏTİ bir azca da siz düşünün!”

Manevr.az xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O, bəzi məmurların jurnalistlərə qarşı qeyri-etik münasibətlərinə haqqlı olaraq sərt reaksiya verib:

“Jurnalist Famil Fərhadoğlu peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb: təhqir olunub, əmək alətləri sındırılıb. Jurnalist insidenti törədənlərin Səhiyyə Nazirliyinin əməkdaşları olduqlarını bildirir. Bir müddət öncə isə, Modern.az saytının əməkdaşı AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tərəfindən təhqir edilmişdi. “Akademik” təkcə Modern.az-ın əməkdaşını təhqir etməmişdi, həm də bütövlükdə Azərbaycan jurnalistlərinin ünvanına layiqsiz ifadələr işlətmişdi. Başqa bir məsələ də var. Bir jurnalist həmkarımızın işi məhkəmədədir. O, müdafiəsinə yardım göstərmək üçün bizə-Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) müraciət edib. Araşdırdıq, yardım etməyə çalışdıq. Proses yekunlaşmaq üzrədir, iddiaçı öz ərizəsini geri götürüb, barışıq da olub, amma “bəzi kənar məmurlar” əl çəkmirlər, jurnalistlə aralarında olan köhnə “hesabı çürütmək” üçün məhkəmə prossinin yenidən aktivləşdirilməsində təkid edirlər. Jurnalistin adını ona görə çəkmirəm ki, həmkarımız məsələnin ictimailəşdirilməsini istəmir. Deyir ki, “ölkədə prezident seçkisi keçirilir, insanlar dövlətimizin sabitliyi, inkişafı naminə layiqli namizədin seçilməsi üzərində fokuslanıb. İstəmirəm kimlərsə mənim problemimdən istifadə edib, ölkədə azad sözə basqı olduğunu iddia etsin, aranı qarışdırsın”. Məsələnin kökü də budur, “əziz məmurlar”! Azərbaycan jurnalistləri Dövlətimiz, Millətimiz, Gələcəyimiz adına çalışrılar; Prezident İlham Əliyevin bu yöndə fəaliyyətinə dəstək olmaq istəyirlər; bütün bunları göz önünə alıb bəzən sizlərin anlamazlığınızı gözardı edirlər. Sakit davranırlar ki, bəlkə səhflərinizi anlayasız, bir gün peşman olasız. Amma görünən budur ki, sakit davranmağımız sizlərdə fərqli assosasiya yaradır. Belə davam edərsə, cavab tədbirlərimiz çox sərt olacaq! Adına görəv daşıdığınız DÖVLƏTİ bir azca da siz düşünün! Jurnalist həmkarlarımıza bildirirəm ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) media ilə bağlı insidentlərin monitorinqini aparır. Hadisələr barədə təfsilatlı bilgilərimizin olması üçün, rastlaşdığınız məsələlərlə bağlı faktları təsnifatlaşdırıb, bizə göndərin.”

araz.az xəbər portalı.