aslan12

“Daim Azərbaycan vətəndaşlarının ən çox şikayət etdikləri qurum DİN DYP əməkdaşları olub. Son günlər DYP əməkdaşları, sanki, vətəndaşları incitmək öhdəliyi götürüblərBaşqalarını demirəm, elə özüm və yaxın ətrafım hər gün DYP-nin özbaşnalığı ilə qarşılaşırıq”.

araz.azın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, DYP strukturlarında baş verən anlaşılmazlıqlar, vəzifədən alınıb, sonra geri qaytarılmalar da bu qurumda böyük problemlərin olduğunun göstəricisidir: “Əgər hakimiyyətdə həqiqətən vətəndaşların qeydinə qalan varsa, bir neçə xatırlatma edim. Qonşu Gürcüstanda M.Saakaşvilinin atdığı ən uğurlu, vətəndaşların alqışladığı addımlar da məhz bu qurumla bağlı idi. Gürcüstanda ilk olaraq rüşvət mənbəyi olan avtomobillərin texniki baxış proseduru ləğv edildi. Bunun ardınca isə DYP bir qurum kimi ləğv olundu. Hakimiyyətə məsləhətim odur ki, əgər doğrudanda, da vətəndaşları güzaranı maraqlandırırsa təxirəsalmadan hər iki addımı atmaq lazımdır, çünki Azərbaycanda bu iki hal daha acınacaqlı vəziyyətdədir. Bizdə isə tam əksini edirlər, Bakı artıq, sanki DYP şəhərinə dönüb. Az qala əhalinin sayı qədər DYP işçisi var”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.