45098

 
“Media haqqında” qanun layihəsi Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən müvafiq İşçi qrupu tərəfindən hazırlanıb.
 
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.
İcraçı direktor deyib ki, qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir. Hazırda bu istiqamətdə iş gedir, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizasını yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək”.
Ə. İsmayılov qeyd edib ki, qanun layihəsinin növbədənkənar, yoxsa payız sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı parlamentin İş Planına uyğun olaraq həyata keçiriləcək: “Biz bu barədə bir söz deyə bilmərik. Çalışırıq ki, qanun layihəsinin tez bir zamanda ekspertizası həyata keçirilib aidiyyəti üzrə Milli Məclisə təqdim olunsun”.
Ə. İsmayılov “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsədi də açıqlayıb.
İcraçı direktor bildirib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir”.
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.