Daha əvvəl də xəbər verdiyimiz kimi, Bakı Slavyan Universitetilə bağlı hətta rektor Nurlana Əliyeva səviyyəsində tələbə-valideyn şikayətləri çoxdur. 50 gün bundan əvvəl isə professorun şöbə müdirlərindən biri barəsində cinayət işi başlanılıb.
araz.az Bizim.Media-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.
Hətta Prokurorluq Dürdanə ilə bağlı işin BSU yox, vətəndaş şikayətləri əsasında başlandığını açıqlayıb. Yəni Nurlana Əliyevanın rəhbərlik etdiyi universitet Dürdanə ilə bağlı prokurorluğa müraciət etməyib. Edibsə də, bu, cinayət işi başladıqdan sonra baş verib.
Sadəcə olaraq, BSU-nun “nə şiş yansın, nə kabab” taktikası keçərli olmayıb və Prokurorluq doğru informasiyanı yaymaqla Slavyan Universitetinin bəraət cəhdini pərt edib.
Amma ötən dəfəki yazıda da qeyd etdiyimiz kimi, BSU-da yoxa çıxan 140 min manatın taleyi müəmmalı qalıb.
Deyilənə görə, Dürdanə Əliyevanı istintaq orqanları axtarıb tapa bilməsələr də Nurlana xanım onun yerini yaxşı bilir. Ev dustağına çevirib saxlayıb ki, ağzını yuma bilsin, çünki bu xanımda olmazın informasiyaları var. Və 140 min manatın üstü n miqdarda pul.
Cinayət işinin gedişatı belə uzandığı halda tələbələrdən mənimsənilən pulların da “xalxın uşağına” qaytarılması yubanacaq kimi görünür. Qorx ki, BSU həmin vəsaiti tələbələrə lizinqlə – ayda 1 manat formasında geri verər. Əslində belə qərar qəbul olunsa, anlaşılandır. Çünki BSU rektoru biznesmen deyil, sadəcə professordur. Heç onun başçılıq etdiyi BSU da ticarət mərkəzi yox, ali təhsil müəssisəsidir. Sadəcə, ara-sıra şöbələr səviyyəsində 140 min manat haqq-hesabı yaşanır.
8 şöbə, 2 mərkəz, 2 laboratoriya, 26 kafedradan ibarət BSU-nun bir şöbəsində bir il ərzində 140 min manat yığılıb yoxa çıxırsa, ümumi yeyintini hesablamaq üçün kalkulyator lazımdır.
Ümid edək ki, həmin kalkulyatoru Dürdanə Əliyeva istintaqa təhvil verib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.