Veteninfo.az-a Rusiyanın Sank-Peterburq vilayətindən daxil olan məlumatda qeyd edilir ki,uzun illər bu şəhərdə yaşayan,hər zaman Azərbaycan adını uca tutan Ağasəməd Mamed oğlu Əliyev uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.
Məlumatda qeyd edilir ki,Ağasəməd Mamed oğlu Əliyev əslən Sumqayıt şəhərinin Çorat qəsəbəsindəndi.O Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olub.Eyni zamanda Sank-Peterburq şəhərində Azərbaycan diasporasının inkişafı istiqamətində bacardığı qədər köməklik göstərib.Amma son bir neçə ildə Ağasəməd Əliyev müflüsləşib.Onun biznesində baş verən uğursuzluqlar şəxsi həyatına və sağlamlığına da ciddi təsir edib.
Bir neçə gün öncə Sank-Peterburqda Vaqif Məmişovun,eyni zamanda Əli Həmzəyevin lideri olduqları diasporamızın dünyasın dəyişən Ağasəməd Əliyevin nəşinə sahib çıxılmadığından Ağasəməd Əliyev Sank-Peterbur şəhər rəhbərliyi tərəfindən xiristiyan qəbirstanlığında xiristiyan qaydaları ilə dəfin edilib.
Fotolardan göründüyü kimi mərhumun baş-daşı xacdan düzəldilib.
Bu vəziyyət ilk olaraq Vaqif Məmişovun və Əli Həmzəyevin utancverici addımıdır ki,bir müsəlman türkün xiristiyan qəbristanlığında xiristiyan kimi dəfin olunmasına imkan veriblər.
Görünür Sank-Peterburqa diasporamız, xüsusən də cənab Məmişov ancaq onun-bunun restoranın qamarlamağa başı qarışdığından soydaşlarmızın düşdükləri vəziyyəti görməz olub.
Amma bu utanc cənab Məmişov sizə bəs etməlidir.
Qeyd edək ki,Vaqif Məmişov bir neçə il öncə öz qudasının bu şəhərdə yerləşən “Şuşa”restoranın əlindən zorla almışdı.Bu azmış kimi restoranı erməni iş adamına 70 milyon rubula satmq istəmişdi.Amma Azərbaycanlıların təpkisindən qorxaraq bu satışı həyata keçirə bilmədiyi kimi,məsılənin içtimailəşməsindən qorxaraq restoranı əvcəlki sahibinə,yəni qudasına qaytarmağa məcbur olmuşdu.
araz.az xəbər portalı.