“Hökuməti bizim partiya təşkil edəcək”.
araz.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
O qeyd edib: “Beləliklə, yeni parlamentdə “Vətəndaş Müqaviləsi” konstitusiya çoxluğuna malik olacaq və hökuməti quracaq”.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident – atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi açılıb.
Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.
Artıq səslərin sayılması başa çatıb. “Vətəndaş Razılaşması” Partiyası 53,92 % səs toplayıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 səs yığıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.