1523369641-520.jpg

Elnur Eltürk

Elə insanlar var ki, onlar yaşaya-yaşaya tarixləşirlər. Gördüyü əməli işlərlə bunu qazanırlar.

Azərbaycanın tanınmış diplomatlarından Həsən Zeynalov bu qəbildən olan insanlardandır. Bu günlərdə Həsən Zeynalovun həyat və fəaliyyətindən bəhs edən “Diplomatın tale yolu” kitabını oxumaq imkanım oldu. Öncə bildirim ki, kitabı həyəcansız oxumaq olmur. Kitab görkəmli xadimin portretini canlandırır və müstəqillik hərəkatını, 90-ci illərin əvvəllərində baş verən gərgin siyasi hadisələrə geniş nəzər salır. Həsən Zeynalov o proseslərin mərkəzində duran əsas fiqurlardan biri olub.

Erməni lobbisinin planlarını puça çıxaran DİPLOMAT Tale elə gətirir ki, başqa sahədə işləyən Həsən Zeynalov 80-ci illərin sonlarında başlayan Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulur. Milli hərəkatın fəalları ilə yaxın münasibəti yaransa da, o, Azərbaycanın gələcəyini dahi lider Heydər Əliyevin Azərbaycana qayıdışında görür. Bu istiqamətdə fəal təbliğata keçir. Düzdür, bu yolda çox təzyiqlərlə üzləşir, hətta iki dəfə həbs edilsə belə, yolundan dönmür. Sonradan Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri olandan sonra Həsən Zeynalovu Naxçıvanın Bakıdakı nümayəndəsi təyin edir. Nümayəndliyin işinin qurulmasında böyük fəallıq göstərir. Diplomatik korpuslarla əlaqələri genişlənir. Ermənilərin Naxçıvana olan iddialarına qarşı mübarizə aparır.

Kitabda ən çox diqqətimi çəkən Həsən müəllimin diplomatik xidmətidir. Həsən müəllim peşəkar diplomat olmasa da, xalqın içindən formalaşan diplomatdır. Əsas odur ki, mübarizlik və döyüşkənlik onun ruhundadır.

Həsən müəllim Qarsda Baş Konsul vəzifəsini uğurla həyata keçirib. Qars və ətraf ərazilərin qəsəbələrini, kəndlərini gəzib və xalqın içində olub.

Xüsusilə, ermən lobbisinin Azərbaycan əleyhinə apardığı təbliğatların fiaskoya uğradılmasında böyük rol oynayıb. Həsən müəllim ağıllı və üzaqgörənliklə səhrədlərin açılmasına xidmət edən qüvvələri işfa edir və onları planlarını puça çıxarıb. Həsən Zeynalov 2009-ci ildə başladılan “pendir diplomatiyası”, “futbol diplomatiyası”, “abidə diplomatiyası” adı altında sərhədlərin açılmasına hesablanmış düşmənin mərkli strategiyasının puç olunmasında mərkəz rolunu oynayıb.

Həsən müəllim prinsipial diplomatdır. İstanbulda baş konsul işləyərəkən eyni enerji ilə işləyib və bir sıra uğurlu işlərə imza atıb.

Bu gün ölkə rəhbəri tərəfindən yüksək etimad göstərilərək Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

araz.az xəbər portalı.