muharibe_1523477520.jpg

Rusiya millət vəkilləri Prezident Vladimir Putinə müraciət edib. Müraciətdə bildirilib ki, Suriyaya hücum edən ABŞ raketləri vurulmalıdır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı İngiltərənin “Deyli Teleqraf” nəşri məlumat yayıb.

Məlumatlara görə, bu çağırışdan sonra Rusiya Müdafiə Nazirliyi alçaqdan uçan uzaqmənzilli raketləri yox etmək üçün hərbi təlim keçirib.

Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Vladimir Şamanov Moskvanın Suriyadakı qeyri-qanuni əməllərə cavab verəcəyini və lazım gəlsə, hərbi addımlar atılacağını açıqlayıb.

ABŞ Prezidenti Donald Trampın da Şərqi Qutadakı kimyəvi hücum iddialarına qarşı tədbirlər görülməsi üçün Respublikaçı senatorların təzyiqinə tuş gəldiyi bildirilib.

Cənubi Karolinadan olan Respublikaçı senator Lindsi Qraham Trampın Suriyadakı hadisələrə biganə qalmasını prezidentlik dövrünün ən böyük xətası kimi qiymətləndirib.

Kremldən verilən açıqlamada isə Rusiyanın Suriya böhranını danışıqlar yolu ilə həll etmək niyyətində olduğu bildirilib. Rusiya S-400 raket hücumundan müdafiə sistemləri ilə ABŞ raketlərinin vurulması iddiası isə Kreml tərəfindən təkzib olunub.

araz.az xəbər portalı.