Qanunsuz olaraq 2 hektar arpa əkməkdə ittiham olunan və barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi Cəbrayılov Ağamikayıl Oruc oğlunun səhhəti ilə bağlı onun ev dustaqlığına buraxılması ilə verilən iddiaya dünən Sumqayıt Apellyasiya Məhkəməsində baxılmalı idi. Lakin Apellyasiya Məhkəməsində böyük bir qalmaqal yaşanıb. Belə ki, hakimlər əvvəlcə məhkəməyə çıxmaqdan imtina ediblər. Vəkillərin etirazlarından sonra da iddia tələblərinin heç birini təmin etməyiblər.
Realliq.TV xatırladır ki, 25 may 2021-ci il tarixində Şamaxı rayon prokuroru Müşfiq Səfərovun qanunsuz ittihamı ilə 67 yaşlı, məntəqə seçki komisiyasının sədri Cəbrayılov Ağamikayıl Oruc oğlu həbs olunub. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ağamikayıl Cəbrayılovun ittiham olunduğu maddə isə 188.4.1-dir, yəni bu adam guya qanunsuz olaraq 2 hektar arpa əkib. Buna görə adamı həbs ediblər.
Qeyd edək ki, bu işlə bağlı 2018-ci ildə Müşfiq Səfərov bir dəfə cinayət işi açıb və həmin ildə də işə xitam verib. Torpaq yerinin guya 2017-ci ildə əkildiyi yazılıb. Təzədən 25 may 2021-ci il tarixində işi yeniləyib və səhər, yəni 26 mayda Ağamikayıl Cəbrayılovu həbs ediblər. Həbs məsələsi ilə bağlı şikayətlər olunub. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi Şamaxı rayon prokurorunun təqdimatını və məhkəməsinin qərarını qüvvədə saxlayıb. Sonradan məlum olub ki, Şamaxı rayon prokuroru Müşfiq Səfərovla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolleqiyasının sədri Vidadi Cəfərov yeznə-qayındırlar. Yəni, Şamaxıda qəbul olunmuş istənilən ittiham məhkəmədə qüvvəyə minəndən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolleqiyası tərəfindən toxunulmaz saxlanılır.
Cəbrayılov Ağamikayıl Oruc oğlunun xəstəliyi, 67 yaşlı olması və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olması ilə bağlı həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı iddia qaldırılıb. Ağamikayil Cəbrayılovun hüquqlarını müdafiə edən şəxslər, eləcədə vəkil Elçin Sadıqov işə baxılması üçün məhkəməyə çağrılıblar. Lakin məhkəmədə biabırçı olay baş verib. Belə ki, hakim zala gəlməyib və prosesdə iştirakdan imtina edib. Və bildirib ki, onlar apellyasiya şikayətinə baxmaq üçün 3 nəfər hakimi bir araya gətirə bilməyiblər. Sonradan məlum olub ki, Vidadi Cəfərov hakimlərə təzyiq edərək onlara Ağamikayıl Cəbrayılovun ev dustaqlığına buraxılması ilə bağlı iddia təmin olunmamasını bildirib. Hətta prokurorun əziz qaynı bütün vasitələrdən istifadə edərək hakimləri dəyişdirəcəyini bildirib. Bütün bunlara baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsində böyük bir qalmaqal yaşanıb, vəkillər zalı tərk edərək, hakimlərə və məhkəmə heyətinə etiraz ediblər. Bu narazılığı görən hakimlər təzədən vəkilləri zala dəvət eləsələr də vəkillər bu qanunsuzluğa, Vidadi Cəfərovun özbaşınalığına son verilməsini və qaldırdıqları iddia tələbində zərərçəkmiş şəxsin məhkəmədə iştirakının təmin olunmasını tələb ediblər.
Bütün hallarda Sumqayıt Apellyasiya Məhkəməsində Vidadi Cəfərov özbaşınalığı və qanunsuzluğu davam edir. Vidadi Cəfərov Şamaxı prokuroru Müşfiq Səfərovla birləşərək Şamaxı rayon icra başçısının sifarişi ilə 67 yaşlı adamı əsir ediblər.
Şamaxı rayon Quşçu bələdiyyəsinin verdiyi sənədə görə, Ağamikayıl Cəbrayılov heç bir qanunsuz torpaq əkməyib və heç bir zərər vurmayıb. Lakin Ağamikayıl Cəbrayılov əkmədiyi torpağa görə qanunsuz olaraq həbs olunub. Bununla bağlı da artıq dövlət başçısı İlham Əliyevə müraciətlər edilib. Müraciıətlərdə Sumqayıt Appelyasiya Məhkəməsinin cinayıt kolleqiyasının sədri və Şamaxı rayon prokurorunun bir vətəndaşı əsir edərək qanunsuz həbs etdikləri bildirilir…
araz.az xəbər portalı.
araz.az xəbər portalı.