Tez-tez müştərilərlə problemi yaranan “Kontakt Home”dan yenə narazılıq var. Belə ki, şirkət bir müddət əvvəl yeni bir kampaniya başladıb. “Ən sərfəli qiymətlə 120% zəmanət” kampaniyası çərçivəsində istənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapana fərqin 120% dəyərində endirim təqdim ediləcəyi bildirib.
araz.az Axar.az-a istinadən xəbər verir ki, bundan həvəslənən Azər Baycan adlı şəxs araşdırıb və “Kontakt Home”da 409 manata olan malı “İnteks”dən 175 manata əldə edib. Hər iki şirkətin rəsmi saytında yerləşdirilən malın qiymətini uzlaşdırıb və sosial şəbəkədə paylaşıb.
Bundan sonra “Kontakt Home”a da müraciət edib. Buna baxmayaraq, şirkət ona fərqli münasibət bidlirib.
“İstənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapsanız, məhsul sizə mağazamızda fərqin 120% dəyərində endirimlə təqdim ediləcək. Rəsmi şəbəkə dedikdə ən azı 4 mağazası olub rəsmi məhsul satışı ilə məşğul olan mağazalar şəbəkəsi nəzərdə tutulur. Paylaşımda sözügedən “İnteks” (INTEX) mağazası bura aid olmadığından təəssüf ki, kampaniyadan yararlanmaq mümkün deyil”, – deyə “Kontakt Home” müştəriyə bildirib.
A.Baycan isə bunu müştərinin cibinə girmək, fırıldaq kimi dəyərləndirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.