Azərbaycan Mətbuat Şurasında iyunun 29-da jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.
araz.az xəbər verir ki , bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, peyvəndləmə mayın 31-də vaksinin birinci dozası tətbiq edilən jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.
Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.