Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, Əbədi məşəl kompleksinin önünə əklil qoyub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.