İyunun 24-də Azərbaycan Milli Xalça Muzeyində Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan silahsazlıq sənəti ənənələrini yaşadan, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olan məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı olub.
Xalça Muzeyindən araz.az-a daxil olan məlumata görə, tədbirdə muzey direktoru Şirin Məlikova əvvələr də muzeyin kolleksiyasında orta əsrlərə aid olan silah nümunələrinin saxlandığını söyləyib. Bildirib ki, Emin Məmmədovun hazırladığı xəncərlər isə, muzeyin kolleksiyasında öz layiqli yerini tutacaq.
Eksponatların xüsusiyyətlərindən söz açan Şirin Məlikova onu da qeyd edib ki, Azərbaycanın ənənəvi bədii iş ustası E. Məmmədov muzeyə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb.
Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub.
Xəncərin tiyəsində kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub. İkinci xəncərin bədii quruluşu Qacarlar dövrünün silahları üçün xarakterikdir.
Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitunun elmi işçisi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov deyib: “Vaxtilə silah daşımaq mütləq idi və kişilər bununla öyünürdülər. İndi silah gəzdirməsək də o şərəf rəmzi olaraq qalıb. Silaha belə münasibət olan yerdə silah ustalarının yetişməsinə də səbəb olub.
Emin Məmmədov da belə ustalardan biridir. Azərbaycan hərb tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan 60 minlik ordu ilə üz-üzə gəlib. Əlbəttə, Milli Ordumuzu silahla təmin etmək üçün, çoxlu sayda silahsazlar tələb olunurdu. Silahsazlar Vətənin qorunmasında önəmli yer tutur”.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan hər zaman geostrateji maraqların mərkəzində olub. Bu torpağın yeraltı, yerüstü sərvətləri dünya səyyahlarını, yadelliləri şirnikləşdirib.
Qoşunlar yeridilib, qılınclar oynayıb, amma bu torpağın oğulları dar gündə silahlanıblar, yəhərləniblər və öz güclərini göstəriblər: “Bu gün dünyanın istənilən hansı muzeyinə getsək, Azərbaycanın digər sənət nümunələrilə yanaşı, silahsazlıq məktəbinin nümanələrini də görə bilərik.
Emin Məmmədovun hazırladığı bu xəncərlər də, ümid edirəm ki, Xalça Muzeyində qiymətli eksponatlar sırasında olacaq”.
Sonra Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov çıxış edib. Bildirib ki, sovetlər birliyində hərb kitablarında azərbaycanlı deyil, daha çox erməni silahsazların adları çəkilirdi. Qədim qılıncların üzərində ərəb əlifbası ilə yazılan sözlər olsa da, onların əsl müəllifləri gizlədilirdi.
Emin Məmmədov xalqımıza şərəf gətirən bir silahsazdır.
Tədbirin bədii hissəsində Cahangir Qurbanovun ifasında “Qələbəyə gedən yollar” mahnısı səsləndirilib.
Sonda onu da qeyd edək ki, Xalça Muzeyinin rəhbəri Şirin Məlikovanın öz “Facebook” hesabında paylaşdığı sözlərə görə, bu möhtəşəm sənət əsərlərinin müəllifi E. Məmmədov Kanadada yaşayıb, fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənənələrini yaşadır, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olur.
“Emin Məmmədov Azərbaycanın ənənəvi bədii silah işi ustasıdır. Sənətkar, həm də, Aleksandr Voloviklə birlikdə, nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının da müəllifidir. E. Məmmədov YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (“Mədəniyyət sülh naminə”) müsabiqəsində I yer tutub.
Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyimizin kolleksiyasına daxil edilib və daimi ekspozisiyada öz layiqli yerini tutur.
Bu gün silahsazların sayı barmaq sayı qədərdir. Bu işin çətinliyi ilə əlaqədardır ki, həmin əsərlərin yaradıcılıq nöqteyi-nəzərdən qiymətini artırır.
Biz hörmətli Emin bəyə uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq! Emin bəy uzaq diyarda təkcə Azərbaycan silahsazlıq ənənənələrini deyil, həm də xalqımızın xeyriyyəçilik ənənələrini yaşadır. Ümidvarıq ki, o, yaxın gələcəkdə doğma vətəninə gəlib müəllifi olduğu dəyərli sənət əsərlərini muzeyimizin ekspozisiyasında seyr edəcək”– deyə, o, qeyd edib.[bt_slider uid=”1624656186-60d6493ae4413″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/206341773_2120404574769518_7022673662132922498_n.jpg” title=”206341773_2120404574769518_7022673662132922498_n.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/205467985_2120404974769478_1977905678204731628_n — копия.jpg” title=”205467985_2120404974769478_1977905678204731628_n — копия.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/204791979_2120404664769509_2359587289975461914_n.jpg” title=”204791979_2120404664769509_2359587289975461914_n.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/204147201_2120404511436191_6965721461502031104_n.jpg” title=”204147201_2120404511436191_6965721461502031104_n.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/203278295_2120404554769520_5703887195179579233_n.jpg” title=”203278295_2120404554769520_5703887195179579233_n.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/204851463_2120404571436185_937616195156980516_n.jpg” title=”204851463_2120404571436185_937616195156980516_n.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]
araz.az xəbər portalı.
araz.az xəbər portalı.