Bizdə belə bir deyim var: “Mübarəkdi!”, “Can sağlığı ilə!”, “Xeyirli olsun!” və s. Adətən, bu sözləri yeni bir şey alana,geyinənə,bir sözlə, hər bir təzə şeyə malik olan şəxslərə deyirik. Vəzifəyə gəlməyi də bu kateqoriyaya aid etmək olar.
Ermənistanın başıbəlalı Baş naziri, son günlər isə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və onun partiyası Ermənistanda keçirilən növbədənkənar Parlament seçkilərində qalib gəldi və yenə də Baş nazir vəzifəsinə yiyələndi. Amma yuxarıda sadaladığımız təriflərdən heç biri Paşinyana düşmür. Çünki, özünü azərbaycanlıların,türklərin də düşməni sayır.Düşmənə isə tərif deməzlər.
Amma, indi elə bir əlverişli fürsət yaranıb ki, cənab Paşinyan hər şeyi sıfırdan, təmiz vərəqdən başlaya bilər və nəinki erməni xalqının,eləcə də bütün dünyanın, o cümlədən,çətin də olsa,azərbaycanlıların rəğbətini qazana bilər və bu, onun atacağı addımlardan asılıdır.Paşinyanın yadına salmaq istəyirəm ki, Sarqsyan onu axmaq,Koçaryan dovşan adlandırırdı, seçkilərdə məğlub olduqdan sonra isə tamamilə başqa mahnı oxuyurlar.
Cənab Paşinyan, bir vaxtlar Şuşada oynayırdınız,şənlənirdiniz. Dəvə oynayanda qar yağar məsələsinə tuş gəldiniz, müharibədə məğlub oldunuz.Bir daha oynamayın. İndi sizə nə etməli olduğunuzu aşağıda izah etməyə çalışacam. Oxuyun və nəticə çıxarın:
- Günahsız insanların qanını tökdüyünə görə Azərbaycan xalqından,dövlətindən üzr istəməlisiniz.
- Azərbaycanın ərazi bütövlüyünü tanımalısınız və Azərbaycanla sülh sazişi bağlamalısınız.
- Robert Koçaraynı, Serj Sərkisyanı, Seyran Ohanyanı, Arkadi Qukasyanı, Bako Saakyanı, Vitali Balasanyanı,Araik Arutyanı və digərlərini, birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı şəxsən savaşanları, Azərbaycanın günahsız vətəndaşlarını qətlə yetirənləri, azərbaycanlıların qətlini təşkil edənləri həbs edib Azərbaycana təhvil verməlisiniz. Çünki, bu insanlar özləri varlanıb, kasıbların uşaqlarını isə ölümə göndərib,erməni xalqını 30 il ərzində dilənçi vəziyyətində yaşamağa məcbur ediblər. Onlardan bəziləri, məsələn, Robert Koçaryan və Serj Sərkisyan bu əməlləri həyata keçirdiklərini zaman-zaman müsahibələrində çəkinmədən etiraf da ediblər. Xocalıda dinc azərbaycanlıların kütləvi qətliamınını bilərəkdən qəsdən həyata keçirdiklərini bəyan ediblər. Bütün bu cinayətlərə görə onların barəsində cinayət işi də açılıb.
Cənab Paşinyan, başa düşün ki, bu bir ovuc insanlar dünyanın nifrətini qazanıblar. Bütün dünya Ermənistanı işğalçı, terrroçu bir dövlət kimi tanıyır. Bu stereotipi sındırsanız, tarixə düşəcəksiniz.
- Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərini həbs etməlisiniz, terror dəstələrini tərksilah edib Azərbaycana təhvil verməlisiniz. Azərbaycanın güc strukturları Qarabağda yerləşən Araik Arutunyanı,Vitali Balasanyanı Qarabağda izləyib yaxalaya və ya zərbə ilə zərərsizləşdirə bilər. Buna Azərbaycanın tam hüququ çatır. Beynəlxalq hüquq da Azərbaycana öz ərazisində terrorçunu yaxalamaq və ya məhv etmək hüququ verir. Biz onları havadan zərbə ilə məhv edə bilərik. Buna görə heç kim bizə nə isə deyə bilməz. Sadəcə, qətiyyət ortaya qoyub bunu edə bilərik.
Dağlıq Qarabağın statusu məsələsinin xəyal olduğunu orda yaşayan ermənilərə başa salmalısınız.
- Ermənistanın 30 il ərzində Azərbaycana vurduğu ziyanın ödənilməsi üçün zəmanət verməlisiniz. 1 milyon insanın yaşadığı məskənlər dağıdılıb, talan edilib.Daha irəli gedə bilib, işğal etdiyiniz və dağıtdığınız ərazilərin hamısının olmasa da, müəyyən hissəsinin bərpa işlərini boynunuza götürə bilərsiniz. Necə dağıtmısınız, eləcə də bərpa etməlisiniz.
- Ərazilərin minalanmasına gəldikdə, minalanmış ərazilərin xəritəsi ilə alver etməməlisiniz. Sakitcə, heç bir şərt qoyulmadan bu xəritələri Azərbaycana verməlisiniz. Daha düzgünü o olardı ki, Ermənistandan bir-neçə alay hərbçini Azərbaycana göndərəsiniz ki, əraziləri minalardan onlar təmizləsin.Necə deyərlər, “iti öldürənə sürüdərlər” məsələsi yerini alsın.O halda sizin xəritə əvəzinə hərbi əsirləri dəyişmək bazarına ehtiyac qalmaz və Azərbaycan da öz növbəsində belə bir hərəkətə qarşı adekvat addımlar atar.
- Türkiyə ilə barışıq və sülh sazişi imzalamalısınız.Soyqırım yalanını etiraf etməlsiniz. “Böyük Ermənistan” xülyasından əl çəkməlisiniz. Siz özünüz də yaxşı bilirsiniz ki, Ermənistan adlı dövlət olmayıb və rusların belə dövləti yaratdıqlarının səbəbini də bilirsiniz.
- Təcili olaraq bütün Qafqaz regionu üçün təhlükə olan Metsamor Atom stansiyasını bağlatdırmalısınız. Nəzərinizə çatdırm ki, bu stansiya bağlandıqdan sonra belə, ən azından 50 il qulluq edilməli, nəzarətdə saxlanılmalıdır. Dünyaya ikinci Çernobıl lazım deyil.
Cənab Paşinyan, yuxarıda qeyd etdiyim kimi, tarixə islahatçı, erməni xalqının əsl xilaskarı kimi düşmək istəyirsinizsə, bu tövsiyyələri diqqətlə oxuyun və şüurunuzda bir dönüş yaradıb islahata başlayın.Yox əgər, Azərbaycana,Türkiyəyə qarşı nifrətiniz,düşmənçiliyiniz davam edəcəksə, real islahatlara başlamaq əvəzinə cürbəcür mitinqlər təşkil edib pafoslu çıxışlar, Azərbaycan,Türkiyə əleyhinə şüarlar səsləndirəcəksinizsə, o zaman göydən qar yox,daş yağacaq və Ermənistan bir dövlət kimi məhv olacaq,sizin adınız isə nəinki tarixə, heç it dəftərinə də düşməyəcək.
Şakir QURBANOV
araz.az xəbər portalı.