1624704696 1

Masallı rayonunda 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunan təntənəli tədbir keçirilib.

araz.az  Asiya TV -ə istinadən xəbər verir ki, Masallı şəhərinin Qəhrəmanlar Parkında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün yaranmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət və media nümayəndələri Qəhrəmanlar Parkındakı Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 246 masalılı şəhidin adları olan abidənin önünə təzə-tər gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla ziyarət ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək geniş nitqində qeyd etdi ki, Ulu Öndərin siyasi varisi, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycan tarixinin ən yaddaqalan səhifəsidir.

Sonra Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, iki şəhid anası Ziba Əsgərova çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin, qazilərimizin hünərindən söz açıblar. Natiqlər qeyd ediblər ki, şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu gün də ölkəmizdə, o cümlədən Masallıda uğurla davam etdirilir. Bu gün bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur.

İcra başçısı Şahin Məmmədov bir daha Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən danışıb, bu qələbənin əldə olunmasında öz həyatlarını və sağlamlıqlarını itirən insanlara minnətdarlıq edib, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə, onların ailələrinə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb.

İlkin mərhələdə 144 nəfər masallılılı əsgər və zabitlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə sahib olduqları orden və medalları və vəsiqələri təqdim edilib.
Fotolar Elsevər Əliyevə məxsusdur:

[bt_youtube url=”‘https://www.youtube.com/embed/bi9B-duvB5U’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Masallıda Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirildi - VİDEO/FOTOLAR
Masallıda Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirildi - VİDEO/FOTOLAR

araz.az xəbər portalı.

araz.az xəbər portalı.