coro8

“Koronavirusun sürətlə yayılan “Delta” ştammı səbəbindən iki doz vaksin vurduranlar belə maska və sosial məsafə qaydalarına riayət etməyə davam etməlidirlər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının rısmisi Mariangela Simao deyib.

O bildirib ki, bu ştammın qarşısını almaq üçün vaksinasiya kifayət etməyəcək:

“İnsanlar sadəcə iki doz vaksin vurdurdular deyə özlərni təhlükəsizlikdə hiss etməməlidirlər. Hələ özlərini qorumalıdırlar. Təkcə peyvənd toplum içində yoluxmanı dayandırmayacaq.

İnsanların mütəmadi olaraq maska taxmağa, yaxşı havalandırılmış yerlərdə olmağa, əl gigiyenasına diqqət etməyə, fiziki məsafə qaydalarına riayət etməyə və insanların çox olduöu yerlərdə olmaqdan qaçmağa davam etməsi lazımdır”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.