1523522540-648.jpg

Ermənistan Avropa İttifaqı ilə hərtərəfli tərəfdaşlıq sazişini təsdiqləməklə Rusiyadan üz döndərir?

Qabil Hüseynli: “Ermənistan heç zaman Rusiyadan imtina etməz”

Ermənistan parlamenti Avropa İttifaqı ilə genişləndirilmiş və hərtərəfli tərəfdaşlıq haqqında sazişi təsdiqləyib. Bildirilir ki, qərarın lehinə 95 deputat səs verib.

Ermənistan XİN başçısının müavini Karen Nazaryanın sözlərinə görə, sənəd siyasi, iqtisadi və ticarət sahəsində ikitərəfli münasibətləri tənzimləyir.

Sazişə əsasən, Ermənistan qanunvericiliyinin Avropa İttifaqının hüquqi aktları ilə uyğunlaşdırılması nəzərdə tutulur.

Maraqlıdır ki, Ermənistan parlamentinin Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sazişi imzalaması Ermənistanın yeni prezidenti Armen Sarkisyan aprelin 9-da andiçmə mərasimdən sonraya təsadüf edir. Görəsən, ermənilərin Avropa inteqrasiya etməsini yeni prezident Armen Sarkisyan həqiqətən istəyir, yoxsa…

“Mən bunun sırf təsadüf olduğu qənaətindəyəm”

“Türkiyə ilə Suriya arasında döyüş olmayacaq” - POLİTOLOQ

“Türkiyə ilə Suriya arasında döyüş olmayacaq” – POLİTOLOQ

Ermənistan parlamentinin Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini təsdiqləməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Ermənistanın Rusiyadan üz çevirib Avropa İttifaqına daxil olması mümkün deyil: “Parlamentin iş qarfiki var. Bu iş qrafikinə uyğun olaraq qanunları qəbul edir, müəyyən beynəlxalq mülahizələri ratifikasiya edir. Mən bunun sırf təsadüf olduğu qənaətindəyəm və Ermənistan heç zaman Rusiyadan imtina etməz. Bunu Ermənistan prezidentinin Rusiyaya olacaq xarici səfəri də təsdiq edir. Yəni quberniya quberniya olaraq qalır. Sadəcə onların geniş manevr imkanları var və bu imkanlardan bacardıqları qədər istifadə edirlər”.

“Qanunların təkmilləşdirilməsi Ermənistanın Rusiya əlaqələrinə heç bir təsir göstərməyəcək”

“Sazişə əsasən, Ermənistan qanunvericiliyinin Avropa İttifaqının hüquqi aktları ilə uyğunlaşdırılması nəzərdə tutulur. Ermənistan heç vaxt Rusiyadan imtina etməyəcəyi təqdirdə qanunlar nə üçün Avropa standartlarına uyğunlaşdırılsın” sualına Q. Hüseynli belə cavab verdi: “Biz Avropa Şurasına daxil olanda qanunvericiliyimizi Avrapa Şurasının tələb etdyi səviyyəyə qaldırmadıqmı?! Avropa Şurasına daxil olduqdan sonra Azərbaycan qanuvericiliyinə ciddi dəyişikliklər edildi. O dəyişikliklərin içərisində cəzaların humanistləşdirilməsi və.s xeyli müddəalar var ki, Avropa standartlarına qaldırıldı. Ermənistan Avropa Birliynə daxil olduqdan sonra qanunvericiliyin Avropa standartlarına uyğun mükəməlləşdirilməsini tələb edirlər, onlar da buna əməl etməlidirlər. Qanunlarn dəyişməsi nəyə ziyan vurur ki, əksinə, qanunlar daha humanist xaraket daşıyır, daha təkmil formaya qalxır və nəticədə ermənilərin mənafelərinə daha yaxşı xidmət etməyə başlayır. Ermənistan üçün “yol xəritəsi” müəyyənləşib. O “yol xəritəsi”nin planlarından biri də qanunvericilik bazasının Avropa standartları səviyyəsinə qaldırılmasıdır. Amma qanunlar daxili fəaliyyət göstərir, onun iki dövlət münasibətlərinə aidyyatı çox azdır və yaxud yox dərəcəsindədir. Bir də ki, Ermənistan üçün yüz qanun qəbul et, onu subyektiv mülahizələrlə əvəz edəcəklər. Ona görə də qanunların təkmilləşdirilməsi və yaxud yeni standartlara qaldırılması Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olmasına və yaxud Rusiya ilə ikili əlaqələrinə heç bir təsir göstərməyəcək”

Şamo EMİN, Hurriyyet.org

araz.az xəbər portalı.