“Ermənistan Zəngəzurda bunker tikir. Adətən bu müharibə taktikasından XIX, XX əsrlərdə istifadə edirdilər”.
Bu fikirləri Konkret.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, Alman təyyarələri qarşısında SSSRİ milyonlarla bunker inşa etmişdi. Amma bu gün bunkerlərin heç bir önəmi qalmayıb: “Füzulidə düşmənin on metrlərlə dərininə inşa edilən bunkerlərinin darmadağın edilməsi bunun sübutu idi.
Bəs Ermənistan nəyə görə bunker inşa edir?
Bu sualı Əziz Əlibəyli belə cavablandırıb: “Ağıla bir versiya gəlir, ermənilər canlı itkini minimuma endirmək və özlərini qorumaq üçün belə bir sığınacağa möhtacdırlar. Burda da, önə müharibəyə hazırlaşırlar mesajı verilir. İkincisi, Azərbaycanın silahları güclüdür deyə, bunker inşa etməyə sadəcə məcburdurlar. Üçüncüsü Qarabağdakı əksər bunkerlər “Harop” dağıdıcı dronu vasitəsilə məhv edilib deyə yenisini inşa edirlər. Tikin görək, nə qədər əsgərə məzar olacaq”.
Müşviq TOFİQOĞLU
araz.az xəbər portalı.