Təsirin effektivliyini artırmaq üçün təkrar peyvənd birinci vaksindən fərqli preparatla olunmalıdır.
araz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Səhiyyə iqtisadiyyatı institutunun direktoru Larisa Popoviç bildirib.
Ekspertin fikrincə, daha yaxşı immunitet yaratmaq üçün profilaktik vasitənin antigen tərkibi dəyişməlidir, fərqli vaksinlər isə buna imkan yaradır.
“Vaksinin “layt” versiyası ilə təkrar vaksinləmə fərqli platformadan ola bilər, çünki onlar immun sistemində fərqli reaksiya verir. Bu vacibdir. Biz vaksin vurdurmalı, daha sonra isə fərqli vaksinlə təkrar peyvənd olunmalıyıq. Bu, kollektiv immunitetə nail olmağa və fərqli mutasiyalara reaksiya verməyə imkan yaradacaq”, – Popoviç bildirib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları peyvəndin ikinci dozasından 6 ay sonra ölkədə tətbiq edilən istənilən vaksinlə peyvənd olunmaqla COVID-19 sertifikatlarının müddətini uzada biləcəklər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.