“İnsanı zombiyə çevirən sintetik tərkibli narkotik vasitələrdən istifadə edənlərin sayı durmadan artır, onların əksəriyyəti gənclərdir”.
araz.az millətinsəsi.info-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə şüşədən və digər sintetik tərkibli uyuşduruculardan istifadə edənlər qısa müddətdə görünməmiş şüur aydınlığına, gücə və aktivliyə malik olurlar:
“Onun asılılığına düşənlər bu maddənin xroniki uzunmüddətli istismarının yaratdığı problemləri bütün spektri ilə yalnız orqanizmində deyil, həm də şəxsiyyətlərində, hərəkət və davranışlarında hiss edirlər. Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 dəfə istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Belələrinə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Sintetik uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olur”.
Ekspert təbii şəraitdə yetişdirilən narkotik maddələrin sintetik uyuşduruculardan daha baha olduğunu əlavə edib:
“Ona görə də onun satış dövriyyəsi sürətlə genişlənir, istifadəçilərinin sayı durmadan artır. Əvvəllər xaricdən gətirilən sintetik uyuşdurucular hazırda daxildə istehsal olunur. Belə laboratoriyalar daha çox rayonlarda qurulur, şəbəkələnir və açıq şəkildə fəaliyyət göstərir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.