aqil abbasjpg 1582379082Ötən ilin axırı Hadrut meşələrində saxlanan və Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarından bir qrupunun işi üzrə məhkəmə qərarı elan olunub.

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mühakimə olunan 14 nəfərdən iksi 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

İstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib basqınlar törətmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar verilib.

Lakin dövlət ittihamçısı çıxış edərək digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız 318-ci maddə ilə təqsirli bilinib cəzalandırılmasını təklif edib.Təqsirləndirilən şəxslər isə özlərini təqsirli saymayıblar. Hakim də nəticədə qeyd edilən qərarı bəyan edib.

Amma indi diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycanda bəzi təhlilçilər bu qərarı sırf hüquqi yox, siyasi proseslərin tərkibi kimi dəyərləndirirlər.

araz.az  Mia.az-a istinadənxəbər verir ki, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas «Turan» Agentliyinə bildirib ki, məhkəmə qərarı ilə razı deyil:

“Qərar normal deyil. Keçən il azad olunmuş ərazilərdə Ermənistan hərbi qulluqçuları iki hərbçini və bir mülki şəxsi öldürüb. Gəlirlər minalar basdırırlar, iki jurnalist və bir icra nümayəndəsi həlak olub. Mən bu məhkəmə qərarı ilə razı deyiləm”.

Deputat qeyd edib ki, bu məhkəmə qərarından təəccüblənib: “Onlar dövlət sərhədini silahla keçiblər. Təsadüfən, azıb keçməyiblər. Hətta özləri məhkəmədə deyib ki, Rusiya sülhməramlıları onları yoxlamadan buraxıb. Sonra bunlar gediblər Hadruta, orada da bu cinayət hadisəsi baş verdi. Yəni, adam ölümü ilə nəticələnən terror əməli. İndi prokuror və hakim izah etsin ki, niyə belə qərar verildi”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.