Milli Məclisin bu gün keçirilən iclasında azərbaycanlı sahibkarların müraciəti səsləndirilib.
araz.az xəbər verir ki, bu barədə deputat Elşad Mirbəşiroğlu çıxış edib. Deputat Azərbaycan “Eximbank”ının yaradılması istiqamətində fəaliyyətin başlamasını təklif edib:
“Yeni ixrac siyasətinin dizayn edilməsində orta və uzunmüddətli ixrac kreditlərinin təqdim edilməsi ana sütunlardn birini təşkil etməlidir. Bu gün biz ixracatçı sahibkarlarımızı təşviq etmək üçün milli marka, brend krediti, ölkə xaricində satış şöbələri krediti, xarici sərgilərdə iştirak krediti, valyuta qazandırıcı xidmətlər krediti, beynəlxalq logistika marketinqi krediti və daha spesifik kreditləşmə alətlərini dövriyyəyə daxil etməliyik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.