Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş partlayışla bağlı məlumat yayıb.
araz.az mia.az-a istinadən xəbər verir ki, məlumatda deyilir:
“4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.
Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumat veriləcək”.
***
“Xəzər dənizindəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir”.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
Bununla bağlı artıq RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin mətbuata açıqlama verdiyini xatırladan V.Rafiqqızı bildirib ki, baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
O qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək/Report.
***
“Nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınıb”.
Mia.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub:
“Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”
***
Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
Mia.az ETSN-ə istinadla xəbər verir ki, mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.
***
“Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var”.
Mia.az xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev Xəzərdə baş vermiş partlayışın tankerdə meydana gəlməsi iddiasına münasibət bildirərkən deyib.
“Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib”-deyə, o vurğulayıb.
***
“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
Mia.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib: “Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.
araz.az xəbər portalı.