Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir və xalqımıza məxsus musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı aşkar olunmuş bir sıra abidələrdən, o cümlədən Qobustan və Gəmiqaya qaya rəsmlərindən əldə olunmuşdur. Bundan əlavə, “Kitabi-Dədə Qorqud”da, Nizaminin və Füzulinin əsərlərində də orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri haqda zəngin məlumat verilmişdir. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi və s. məhz musiqimizin qədim tarixə malik olmasının əyani sübutdur. Bir sözlə, Azərbaycan musiqisinin kökləri əsrlərin dərinliklərinə qədər gedib çıxır. Bu gün tam əksəriyyət dərk edir ki, musiqi həyatımızın ayrılmaz bir hissəsidir və bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Faktır ki, hazırda musiqisimizin, incəsənətimizin, bir sözlə mədəni həyatımızın bütün sahələrinin inkişaf etdirilməsinə baxmayaraq, bu gün bəzi musiqi məktəblərində, mərkəzlərdə olmazın addımlar atılır, bir sözlə qədim tarixə malik olan mədəni həyatımızın “bel sütunu” sındırılır.araz.az Regionxəbər.TV-ə istinadən bildirir ki, bunlardan biri də, Ağcabədi şəhər F.Əlizadə küçəsi № 16 ünvanında fəaliyyət göstərən Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzidir. Qeyd edək ki, hal-hazırda bu Mərkəzdə direktor vəzifəsini Tofiq Astan oğlu Cəfərov daşıyır. Unutmaq olmaz ki, bu şəxs rəhbər vəzifəni daşısa da, bu gün rəhbər şəxsə məxsus olmayan addımlarını atmaqla da məşğul olur. Məsələn, redaksiyamıza daxil olan müfəssəl məlumatlara görə Tofiq Cəfərov rəhbərlik etdiyi Mərkəzin ştat cədvəlində adı olmayan Leyla adlı xanıma (hansısa maraqlar əsasında) xüsusi səlahiyyət verib. Yəni, adı çəkilən bu xanım Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ştat cədvəli üzrə işçi olmasa da, o, sanki özünü “Ərəbzəngi” rolunda aparır və Mərkəzin ştat cədvəli üzrə olan bəzi işçilərini aşağılamaqdan da ehtiyat etmir. Belə ki, Leyla adlı bu xanım daha çox Mərkəzdə təsərrüfat şöbəsinin müdiri vəzifəsini daşıyan Nurlan Babayevi “gözümçıxdıya salır” və onunla “kolxoz qanunları” əsasında davranır. Yəni, o, Nurlan Babayevə “Mən bura gələndə sən bura gəlmə və çıx get” də deyir. Hətta, ona “Səni prokurorluğa verəcəyəm” deyib, təsərrüfat şöbəsinin müdirini təhdid etməkdən də çəkinmir. Bu da onu sübut edir ki, Tofiq Cəfərovun xüsusi səlahiyyət verdiyi Leyla adlı xanım Qarabağ Muğam Mərkəzində qeyri-formal olsa da, bu gün əməlli-başlıca söz sahibidir. Belə olan halda atalar sözü olan “yersiz gəldi, yerli qaç!” yada düşür.
Daha çox diqqəti cəlb edən halın varlığı isə, Tofiq Cəfərovun rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ştat cədvəli üzrə çalışanların “aylıq toskı”ya oturmalarıdır. Yəni əldə etdiyimiz müəyyən məlumatlara görə, Leyla adlı bir xanıma xüsusi səlahiyyət verən direktor hər ay işçilərdən aylıq “haqq-hesab” yığır və bununla da Azərbaycan musiqisinin, incəsənətinin, bir sözlə mədəni həyatımızın “bel sütunu”nu sındırmaqla məşğul olur. O halda sual oluna bilər ki, görəsən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzini “kolxoz qanunları” ilə idarə edən Tofiq Cəfərovun “şeytan əməlləri”ndən xəbərdardırmı? Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra cənab Nazir Qarabağ Muğam Mərkəzinə rəhbərlik edən şəxsin “naqis əməlləri”nin araşdırılması yöndə lazımi tapşırığını verib, müvafiq qərarını da açıqlayacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.