ilham

“Prezident İlham Əliyevin fərmanı ilə yeni iqtisadi rayonların yaradılmasının əhəmiyyəti olduqca böyükdür. Ən əsası, ermənilərin “Xankəndi söhbətlərinə” bununla da son qoyuldu”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputatın sözlərinə görə, Xankəndinin elə Qarabağ iqtisadi zonasına aid edilməsi bir daha sübut edir ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır: “Sözsüz ki, indi regionların inkişafı üçün iqtisadi inkişaf proqramları hazırlanacaq. Bu qərar bütün regionlarımızı iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Hesab edirəm ki, indilik bizim ən ağrılı yerimiz olan Qarabağ torpaqlarına investisiya yatırmaq ən vacib məsələlərdəndir. Yəqin ki, ilk növbədə Azərbaycana dost və qardaş dövlətlər investisiya yatıracaqlar. Daha sonra isə digər xarici investorların Qarabağa investisiya yatırmağa maraq göstərə bilərlər. Dünyaya hər dəfə sübut olunur ki, Qarabağ Azərbaycandır”.

Qeyd: İyulun 6-da Prezident İlham Əliyevin fərmanı ilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Nəzrin CAVİD

araz.az xəbər portalı.