“Xeyli vaxtdır ki, Saatlı rayonunda su problemi tüğyan edir. Rayon əhalisi nəinki suvarma suyundan, hətta içməli su sarıdan da böyük çətinliklərlə üz-üzədir”.
araz.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Deputat məsələnin araşdırılmasını və günahkarların cəzalandırılmasını müvafiq qurumlardan xahiş edib: “Məsələni “Azərsu” ASC dərhal nəzarətə götürüb. “Meliorasiya və Su Təsərrüfatı” ASC isə hələ susur”.
Ramid İBRAHİMOV
araz.az xəbər portalı.