rusiya2222

Rusiya Qarabağda dinc həyatın qurulmasına və Azərbaycanla Ermənistan arasında inamın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, minalanmış ərazilərin xəritələrinin verilməsinin rəsmi Bakı üçün prioritet məsələ olduğunu, lakin bu məsələnin həllinə nail olunmadığını vurğulayıb.

Bir müddət öncə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan tərəfinin saxlanılan şəxsləri Ermənistana qaytardığını xatırladan rusiyalı diplomat məlum məsələlərin hansısa ön şərt irəli sürülmədən həllinə tərəfdar olduğunu qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.