avtobus4

Dövlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırığının icrası istiqamətində işlər davam etdirilir. Bu çərçivədə 177 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Marşrut xətti “Pirşağı” dəmiryol stansiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.

Yeni xəttinin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəsisələrinə, iaşə obyektlərinə, habelə yay müvsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.

Yeni xətt üzrə avtobuslar 12.07.2021-ci il tarixindən fəaliyyət göstərəcək.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.