WhatsApp Image 2021 07 11 at 01.51.35

Azərbaycan Milli Xalça Muzeyinin mətbuat xidmətindən araz.az-a daxil olan məlumata görə, iyulun 8-də Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” sərgisi ictimaiyyət üçün açıldı.

bandicam 2021 07 11 11 46 47 797

Sərginin ilk günündə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın mühazirəsi və kurator ekskursiyası təşkil olundu. Şirin xanım qonaqlara ilk öncə dünyada ilk xalça muzeyinin yaranması, müasir dövrdə fəaliyyət istiqamətləri, kolleksiyaları haqqında məlumat verdi.

Daha sonra o, sərginin konsepsiyasını, eksponatların seçim prinsiplərini, bununla da nəyi hədəflədiyini nəzərə çatdırdı. Ş.Məlikova təqdim olunan XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrinin tarixi, ornamentlərin semantikası, rəng tərtibatı və texniki xüsusiyyətlərindən danışdı.

bandicam 2021 07 11 11 47 55 320

Azərbaycan xalçaçılıq sənətinin davamlı olaraq qədim ənənələri itirmədən inkişaf etdirildiyini, həmçinin yeni yanaşmalarla zənginləşdirildiyini vurğuladı. Müasir rəssamlardan Çingiz Babayevin də məhz qədim sənətkarlığı yeni yollarla inkişaf etdirən əsərlər yaratdığını diqqətə çatdırdı. Onun Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən yaratdığı müasir sənət nümunələrindən, onların daşıdığı fəlsəfi mənalardan bəhs etdi.

bandicam 2021 07 11 11 48 41 388
Qeyd edək ki, 10 və 11 iyul tarixlərində saat 12:00-da sərgi çərçivəsində ailə proqramı da təşkil olunacaq.
“Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.

bandicam 2021 07 11 11 49 36 813

bandicam 2021 07 11 11 51 44 523

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.