KİV-in məlumatına görə, Suriyaya raket zərbələri 50 dəqiqə davam edib.
***
“Al Jazeera” kanalının məlumatına görə, ABş koalisiya qüvvələrinin raket zərbələri Dəməşq yaxınlığındakı Mezze aerodromuna və Kasyun dağındakı hərbi bazaya düşüb.
ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidentİ Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.
Onun sözlərinə görə, havazərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.
Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.
araz.az xəbər portalı.