2016 04 14 15 04 19putin cixis

ABŞ öz müttəfiqləri ilə birlikdə BMT və beynəlxalq hüququn nizamnaməsini pozub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə aviazərbələr endirib.
“Aprelin 14-də ABŞ öz müttəfiqlərinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyası olmadan, BMT nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinin pozulması ilə suveren dövlətə qarşı təcavüz aktı həyata keçirib”, – Putin bildirib.

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Bunlardan 71-nin zərərsizləşdirildiyi bildirilir. Rusyanın Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Qırmızı və Aralıq dənizlərinin akvatoriyaların, həmçinin Et-Tanf aerodromundan endirilib.

Ömər Dağlı

araz.az xəbər portalı.