ceyhunbayramov6

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təcavüzdən 1 il ötür”.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Ermənistanın hərbi təxribatları Azərbaycanın şanlı Qələbəsi ilə bitən 44 günlük müharibəyə gətirdi. Vətən uğrunda canından keçən bütün Şəhidlərimizi ehtiramla anırıq”, – deyə XİN başçısı qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.