Xəbər verdiyimiz kimi, ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyada bir çox strateji hədəfləri məhv edib.
Mia.az xəbər verir ki, gecəylə Suriyaya 100-dən çox raket zərbəsi endirən bu üç dövlətin hərəkətinə Rusiya prezidenti Vladimir Putin sərt münasibət bildiirb.
O, bu hücumu terrorla mübarizədə ön sırada yer alan bir dövlətə hücum kimi dəyərləndirib.
Putin deyib ki, rus ordusu qanuni hakimiyyətə terrorla mübarizədə dəstək verir və bu üzdən 3 dövlətin hücumunu şiddətli şəkildə pisləyir: “ABŞ bu cür hərəkətləri ilə Suriyadakı humanitar fəlakəti daha da ağırlaşdırır. Amerika mülki əhaliyə acılar yaşadır, terrorçulara göz yumur və bütün bunlarla Suriyadan yeni qaçqın köçü yaradır. Suriyaya qarşı hazırda baş verənlər çox dağıdıcı bir sistemdir”.
Putin baş verənlərlə bağlı BMT-ni təcili toplantıya çağırıb: “Suriyada heç bir kimyəvi silah tətbiqi olmayıb. Sadəcə, onlar bu ssenarini qurub, dağıdıcı əməli törədirlər”.
araz.az xəbər portalı.