Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.Nigah müqaviləsinin məcburiləşdirilməsinin gələcəkdə qurulacaq ailələrə təsiri ilə maraqlanıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Big.Az-a açıqlamasında bildirib ki, nikah müqavilələrinin məcburiləşdirilməsi ailələrin uzunömürlü olmasına təsir göstərəcək: “Çox istərdim ki, nikah müqavilələri lazım olmasın. Ailələrimiz ömürlük qurulsun. Ailədaxili münaqişələr yaşanmasın. Bəzən ailə dağıldıqda mülkiyyət və maddi təminat məsələsi ciddi məsələyə çevrilir. Bu problemlə daha çox qadınlar rast gəlir. Əlbəttə, sonradan qadınlarımızın bu cür problemlərlə üzləşməməsi üçün Ailə Məcəlləsinə dəyişiklik edilməsi və nikah müqaviləsinin məcburiləşdirilməsi məqsədə uyğun olardı”.
Psixoloq Könül Telmanqızı gənclərin nikaha girmədən birlikdə yaşamasının övladlarının gələcəyinə və psixoloji durumuna mənfi təsir göstərə biləcəyini vurğulayıb:
“Ailədə nikah müqaviləsi birinci şərtdir. Çünki nikah müqaviləsinin bağlanmaması tərəflər arasında əmlak mübahisəsi yarandıqda ciddi problemlər doğurur. Bu da sonda psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Bu gün ailədə hər hansı münaqişə baş verirsə ən azı arxayın olacaqlar ki, nikahları və müqavilələri var. Əlbəttə, bu da ailələrin dağılmasının qarşısını alacaq. Əgər iki gənc bu yolda addımlayırsa, gələcəkdə baş verəcək problemlərin qarşısını almaq üçün mütləq nigah müqaviləsini imzalamalıdırlar. Bundan əlavə nigah müqavilələri uşaqların gələcəkdə tramva almaması üçün vacibdir”.
Psixoloq onu da qeyd edib ki, nigahın olmaması gənclərin özünü psixoloji boşluqda hiss etməsinə səbəb olur: “Yəni nigah olmadığı üçün hər an ayrıla biləcəklərini düşünürlər. Ayrılığa psixoloji cəhətdən özlərini hazır hiss edirlər. Gənclərin məsuliyyət hiss etməsi üçün nigah müqaviləsi mütləqdir. Əgər gənclər arasında sevgi, anlaşma yoxdursa onlar nikaha girmək istəməyəcəklər. Münasibətlərini hansısa mərhələdə sonlandıracaqlar. Nigah müqaviləsinin imzalanması həm qadına həm kişiyə xeyirlidir. Hər iki tərəf məsuliyyət dərk edəcək, ailələri uzun ömürlü olacaq. Düzdür nigah müqaviləsi gəncləri qorxuda bilər. Əks təsir də göstərə bilər. Amma gənclər unutmamalıdır ki, bu onların gələcək ailələrinin uzun ömürlu olmasına təsir göstərəcək”. big.az
araz.az xəbər portalı.