xerceng kl

Xərçəngin yaranmasının əsl səbəbini açıqlayan türkiyəli professor Canan Karatay səhərlər ət yeməyi tövisyə edib.

Kardioloq Artvin Çoruh Universitetinin tələbələriylə görüşüb.

Sağlam qidalanmaq haqqında verdiyi açıqlamaları ilə böyük müzakirələrə səbəb olan kardioloq Türkiyədə və Avropada xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin 1986-ci ildə Ukraynanın Çernobıl şəhərində yerləşən nüvə stansiyasının partlaması olduğunu vurğulayıb:

“Çernobıl hadisəsi bütün Avropa və Türkiyəyə təsir edib. Avropada bir çox ölkə bunun üçün tədbirlər görüb. O dövrün liderləri bunu gizlətməyə çalışdı ki, insanlar təşvişə düşməsin. Amma radiasiya buludu üzərimizdən keçib və bunu inkar etmək olmaz.

Xərçəng xəstəliklərinin artımında qidalanmanın böyük payı yoxdur. Qara dənizin çayı, balığı, fındığı çox sağlamdır, ancaq bunlar şüayla birləşəndə zərərli olur. Sağlam olmaq üçün bol-bol cağ kababı, kənd toyuğu və Trabzon yağı yeməyi məsləhət görürəm”.

Daha sonra Canan Karatay bildirib ki, şəkər xəstəliyi yanlış qidalanma nəticəsində yaranır:

“Gənclər bizim gələcəyimizdir. Onların sağlam olması üçün sağlam qidalanması lazımdır. Sağlam düşüncə sağlam bədəndə olur. Ruh və bədən sağlamlığı bir-birindən ayrılmır, onlar vəhdət təşkil edir. Odur ki, bütünlüklə sağlam olmaq üçün torpağın sağlam olması vacibdir.

Şeyx Edebali deyirdi ki, torpaq sağlam olmasa, əkdiyiniz heç bir toxum bitməz. Mən də deyirəm ki, şəkər kimi xəstəliklər dərman çatışmazlığından deyil, bədəndəki bəzi hormonal ferment və bəzi materialların çatışmazlığından qaynaqlanır. Şəkər xəstəliyi genetik deyil, birbaşa qeyri-sağlam qidalanma ilə bağlıdır”.

Professor sözlərinə onu da əlavə edib ki, səhərlər ət yemək faydalıdır:

“Təbii ki, səhər yeməyində ət yeyilə bilər. Bunun heç bir mənfi təsiri yoxdur. Yalnız yanında plov, çörək, kartof qızartması yeməyin”. (Publika.az)

araz.az xəbər portalı.